İmtahan həyəcanı və onun aradan qaldırılması

May ayının 17-də məktəbimizin psixoloqu Ə. Xatirə "İmtahan həyəcanı və onun aradan qaldırılması" mövzusunda Vl sinif şagirdləri ilə maarifləndirici söhbət aparıb.

Psixoloji söhbət və iş aparmaqda məqsəd şagirdlərin monitorinq qabağı həyəcan, stress hallarını müəyyənləşdirmək və bununla əlaqədar onlara psixoloji dəstək göstərməkdən ibarət idi.

Psixoloq monitorinq öncəsi yarana biləcək psixoloji və fizioloji dəyişikliklərlə bağlı şagirdlərə məlumat verib, monitorinq qabağı həyəcan hissinin təbii hal olduğunu, lakin normadan yüksək həyəcanın insanlarda gərginlik ,psixoloji stress yaradacağını və uğur qazanmalarına maneə olacağını da nəzərə çatdırıb. Bu səbəbdən, psixoloq "Həyəcan hissinin minimuma endirilməsi, onun düzgün şəkildə idarə edilməsi və aradan qaldırılması" ilə bağlı şagirdlərə psixoloji tövsiyələr verib.

Sonda şagirdlərin mövzu barədə fikirləri dinlənilib və onlara uğurlar arzu edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi