Hər kəs öz uğurunun memarıdır!

        Hər kəs öz uğurunun memarıdır. Öz uğurunu inşa edir, yaradır və sonda əksəriyyət tərəfindən rəğbətlə qarşılanaraq sevilir.

     2019-2020-ci tədris ilində səmərəli fəaliyyətlərinə görə  BŞTİ-nin tabeliyində olan 24 məktəb direktoru  28.12.2020-ci il tarixində BŞTİ-nin müdiri Mehriban xanım Vəliyeva tərəfindən "Fəxri-Fərman"la təltif edilərək qiymətləndirilib.

       Çox sevindirici haldır ki, öz uğurunun memarı olan məktəbimizin direktoru Nəriman Mürsəliyev də qiymətləndirilən həmkarları sırasında xüsusi yer alıb.

      Biz məktəb kollektivi bu xoş xəbərə sevinərək rəhbərimizi layiq görülən uğura görə təbrik edirik və hər zaman müvəffəqiyyətlərinin davamlı olmasını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi