Pedaqoji şura iclası keçirilib

2025–2026-cı tədris ilinin başlanması ilə əlaqədar məktəbimizdə Pedaqoji Şuranın ilk iclası keçirilib.
Məktəbin direktoru Nəriman Mürsəliyev iclası açıq elan edərək pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və uğurlar arzulayıb.
İclasda bir sıra məsələlər müzakirə olunub:
1. Məktəb pedaqoji şurası sədrinin və katibinin seçilməsi , Məktəbin və Pedaqoji Şuranın illik fəaliyyət planının təsdiq edilməsi
2. Azərbaycan Respublikası elm və təhsil nazirinin- müvafiq əmri və BŞTİ- nin 03. 09.2025- ci il tarixli 2025-ci il 3-29-59/2-3697/2025 nömrəli "2025-2026-cı tədris ilinin başlanması barədə " əmrinin pedaqoji heyətə çatdırılması
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Azərbaycan Respublikası elm və təhsil nazirinin-26 avqust 2025-ci il 3-29/3-2-522F/ 2025 nömrəli əmri ilə təsdiqlənmiş tədris planının pedaqoji kollektivə çatdırılması
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.08.2025-ci il tarixli, 3-29-59/ 2-3622/ 2025 nömrəli "Dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi barədə " əmrlə kollektivin məlumatlandırılması
5. Məktəbin nizam-intizam qaydalarının və iş rejiminin müəyyənləşdirilməsi, müəllimlərin etik davranış qaydaları
6. Məktəbin, direktor müavinlərinin, kitabxana müdiri, UBR və psixoloqun 2025-2026- cı tədris ili üçün vəzifə funksiyalarının və fəaliyyət planlarının təsdiqi barədə
7. 2024-2025-ci tədris ilinin yekunları barədə hesabat ,
IV, VI siniflərdə monitorinqin və IX siniflərdə buraxılış imtahan nəticələrinin təhlili
8. Kiçik Elmi Akademiyanın fəaliyyəti
9. Şagirdlərin dərsliklərlə təminatı barədə
10. Siniflərin komplektləşdirilməsi haqqında; I - XI siniflərə şagird qəbulu, I və X sinifin komplektləşdirilməsi, şagird qəbulu
11. Müəllimlərin həftəlik dərs yükünün, fənn metodbirləşmələri sədrlərinin, sinif rəhbərləri və dərnək rəhbərlərinin təyin edilməsi, tarifləşmə komissiyasının yaradılması haqqında
12. Şagird davranış qaydaları
13. Yay tapşırığı alan şagirdin biliyinin qiymətləndirilməsi və sinifdən sinfə keçirilməsi, 2 və daha artıq il sinifdə qalan şagirdlərin şagird kontingentindən çıxarılması
14. Məktəbin yeni tədris ilində və il boyu psixoloji vəziyyətinin optimallaşdırılması
15. Cari məsələlər .
Eyni zamanda, tədris heyətinə yeni təyin olunan, təlim - tərbiyə işləri üzrə direktor müavini Könül Əliyeva və bir qrup müəllim kollektivə təqdim edilib, onlara fəaliyyətlərində uğurlar arzu olunub.
İclasın sonunda məktəbin direktoru Nəriman Mürsəliyev yaş həddinin başa çatması ilə əlaqədar pedaqoji fəaliyyətini sonlandıran müəllimləri təbrik edərək Təşəkkürnamə təqdim edib.