Ana dilimizi qoruyaq

Fevralın 21-i “ Ana dili Günü" ilə bağlı məktəbimizin ibtidai sinif müəllimi Aynur Bədirova  4a sinif şagirdləri ilə Ana dili dərsində “Ana dilimizin keçmişi və bu günü” başlığı altında nümunəvi dərs keçdi. Dərsdə direktor müavinləri Südabə Mədətova, Vəfa Quliyeva və UBR Jalə Əhmədova iştirak etdi.

Aynur müəllimə dilimizin tarixindən, bu günümüzə gəlib çatdığı əzəmətli yoldan şagirdlərə ətraflı məlumat verdi. Şagirdlər dilimizin gözəlliyindən vəsf edən şeirlər söylədi, hazırladıqları divar qəzetini təqdim etdilər. Dilimizi qorumağın vacibliyindən danışdılar. Dilimizin qorunması hər birimizin mənəvi borcudur və hər birimiz bu işdə əlimizdən gələni etməliyik.Ona görə də dilimizdə fəal şəkildə işlənən digər dillərdən götürülən sözləri öz dilimizdə olan qarşılıqları ilə əvəz edərək dilimizin gözəlliyini qorumalı və gələcək nəsillərə ötürməliyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi