Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı 274 və 320 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüş keçirib.

Görüşdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Səmra Əliyeva təqdimatla çıxış edərək, erkən nikah və qohum nikahlarının fəsadları, ölkəmizdə bu istiqamətdə görülən işlər, mövcud qanunvericilik aktları barədə məktəblilərə məlumat verib.

Yeniyetmələrin, gənclərin özlərinin də aktiv olmaları və cəmiyyətdə mövcud olan problemlərin həllinə biganə yanaşmamaları çıxış zamanı xüsusilə qeyd olunub.

Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, mōvzu ilə bağlı videorolik nümayiş etdirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi