" Kiçik Akademiya "

“Kiçik Akademiya”nın yaradılması Azərbaycan Respublikası Təhsil Nazirinin 21.01.2018-ci il ,63 nömrəli əmrinə əsasən təsdiq edilmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24 avqust 2018-ci il tarixli, F-265 nömrəli əmrinə və “Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6 bəndinə uyğun olaraq E. Şirəliyev adına 274 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 05.02.2019-cu il tarixindən fəaliyyətə başlayıb. İlk gündən əsas məqsədimiz məktəbimizdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətlərinə dəstək olunması, elmi tədqiqata meyli olan və xüsusi istedadı olan şagirdlərin aşkar olunmasından ibarətdir. Şagirdlərin dünya görüşünü formalaşdırmaq üçün ekskursiyaların təşkil olunması, elmi layihələrdə iştirak olunması, məruzə və referatların hazırlanması əsas hədəflərimizdəndir. Məktəbdə “Kiçik Akademiya ” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr fəaliyyət göstərir. “Kiçik Akademiya ” fəaliyyətə başladığı müddətdən zəruri işlər həyata keçirilib, belə ki, akademiyanın fəaliyyət planı hazırlanaraq , təsdiq edilib. Şagirdlərin meyl və bacarıqları nəzərə alınaraq müvafiq bölmələr üzrə üzvlüyə qəbul edilib. “Kiçik Akademiya”nın fəaliyyət planına əsasən bölmələr üzrə aylıqlar keçirilib. Tarix bölməsi üzrə şagirdlərin intelektual yarışı keçirilib. Məktəbin “Kiçik Akademiya”sı qarşıda duran məqsədlərə çatmaq üçün elmin təbliği, elmlə təhsilin vəhdətinin yaradılmasını, xüsusi istedadlı şagirdlərin , yəni, “Kiçik Alimlər”in aşkarlanmasını planlaşdırır. Kiçik Akademiyanın tərkibi aşağıdakı kimidir: Akademiyanın prezidenti: Qasımova Ülfət Müavinlər: Ramazanova Sevil, Cəfərova Aytən Bölmə rəhbərləri: Riyaziyyat: Qarayev Arif Humanitar: Əliyeva Yeganə Kimya: Cəfərova Aytən Biologiya: Ramazanova Sevil Fizika : Əzizova Afət
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi