"Korrupsiyaya qarşı mübarizə" ilə bağlı tədbir

4 iyun tarixində Bakı şəhəri E.Eyyubov adına 273 saylı tam orta məktəbin pedaqoji kollektivinin iştirakı ilə Korrupsiyaya qarşı mübarizə ilə bağlı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il KQ-07 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsilverənlərin etik davranış Qaydaları" ilə bağlı maarifləndirici tədbir keçirildi.Tədbirdə 85 nəfər müəllim iştirak etdi.Tədbirdə məktəbin direktoru çıxış edərək pedaqoji heyətə «Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı» haqqında məlumat verdi və yeni təsdiq edilmiş «Təhsilverənlərin etik davranış qaydaları»nı bir daha onların diqqətinə çatdırdı.

Məktəblərdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində maarifləndirici tədbirlərin yeni tədris ilində də davam edəcəyini bildirdi və kollektivin nəzərinə çatdırıldı ki, cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizə aparmalıyıq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi