FƏXRİMİZ

 

 Etiraf Eyyubov haqqında məlumat

 

Etiraf Məhəd oğlu Eyyubov 1973 – cü il may ayının 28 – də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub.E.Eyyubov 1 – ci sinifdən 6 – cı sinfədək 273 № li tam orta məktəbdə təhsil almış, sonra isə təhsilini Gədəbəy rayonu Mutudərə kəndində davam etdirmişdir.

Gədəbəy rayonunun Mutudərə kəndinin 8 illik məktəbini bitirdikdən sonra müsabiqədənkənar Bakı İnşaat texnikumuna daxil olmuşdur.

18 yaşında ərizə yazıb könüllü olaraq, Sovet Ordusu sıralarına daxil olmuşdur.Hərbi xidmətini Türkmənistanın Corcou şəhərində keçirmişdir.O, tez – tez evə məktub yazar və Qarabağ hadisələrindən narahat olduğunu bildirərdi.

Etiraf orduda bir neçə ay xidmət etdikdən sonra hərbi hissəni tərk edib doğma vətəninə qayıdır.O, Qarabağ döyüşlərinə iştirak etmək üçün hərbi komissarlığa müraciət edir.Əvvəlcə Üçtəpədə, mayın 30 – dan sonra isə könüllü olaraq Ağdamda Ərşad Nadirovun rəhbərlik etdiyi batalyonda xidmətə başlayır.

1992 – ci ildə Etiraf 4 kəndin alınmasında iştirak edib.Axırıncı döyüş yeri Sarxavənd kəndinin geri alınması olub.O, qəhrəmancasına düşmənə qarşı vuruşmuş, 1992 – ci il iyunun 15 – də torpaqlarımızın qorunması yolunda gözlərini əbədi yummuşdur.

1993 – cü ildən Bakı şəhəri 273 № li tam orta məktəb onun adını daşıyır.Şəhidin büstü 1993 – cü ildə məktəbin daxilində qoyulmuş, 2013 – cü ildə isə yenidən məktəbin həyətində bərpa edilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi