Kiçik Akademiya

"Kiçik Akademiya"nın fəaliyyətinin genişləndirilməsiKiçik Akademiyada dəyişiklik edilməsi haqqında bölmə rəhbərləri ilə birlikdə direktoryanı müşavirə keçirildi.Kiçik Akademiyanın bu ilki hesabatı dinlənildi,heyətdə bəzi dəyişikliklər edildi və yeni tədris ilinə hədəflər müəyyənləşdirildi.

Ətraflı

Kiçik Akademiyanın yeni bir tədbiri24 dekabrda KA-nın üzvlərinin "Bir materikdə yerləşən iki qitənin iki dövləti" adlı tədbiri keçirildi.Tədbirdə iki qitədə- Asiyada Yaponiya, Avropada Almaniyanın mədəniyyəti,incəsənəti,əhalisi,ərazisi,coğrafi mövqeyi haqqında şagirdlərə maraqlı məlumatlar verildi,videoçarxlar təqdim olundu.Məktəbin gənc coğrafiya müəllimi Nərmin Abdullayevanın rəhbərliyi altında 7a və7b sinif şagirdlərinin həmin dövlətlərin milli mətbəxləri və musiqilərindən ibarət hazırladıqları rəngarəng nömrələr hamının diqqətini cəlb etdi.1 saat ərzində tədbir iştirakçıları Almaniya və Yaponiyaya qiyabi olaraq səyahət etdi.

Ətraflı

Kiçik Akademiyanın 2019/2020-ci tədris ilində I yarımil üzrə keçirilmiş təqdimatı12 dekabrda Kiçik Akademiyanın 2019/2020-ci tədris ilində I yarımil üzrə təqdimatı keçirildi.Tədbirdə əvvəlcədən verilmiş mövzular üzrə təqdimatlar səsləndi: S.Əminə (9a), Mehrəliyeva Lamiyə müəllimənin rəhbərliyi ilə "Məktəb ekologiyası",H.Ruslana (8r) Dadaşova Samirə müəllimənin rəhbərliyi ilə "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri",N.Səbinə (11r) Səfərova Lalə müəllimənin rəhbərliyi ilə "Ekologiya və iqtisadiyyat",K.Gülşən (10a) Şəfiyeva Lamiyə müəllimənin rəhbərliyi ilə "Azərbaycanın biomüxtəlifliyi" mövzularını təqdim etdilər."Kiçik Akademiya" üzvlərinin çıxışları hər kəs tərəfindən bəyənildi. Tədbirə ibtidai siniflər də cəlb olunmuşdur."Kiçik tədqiqatçılar"dan olan M.Nəzrin (3ç),S.Səkinə (4b),İ.Xəlil (3a),Ə.Hüseyn (4ç), A.Hilal (3b) Səfərova Lalə müəllimənin rəhbərliyi ilə "Bitkilər həyat mənbəyidir" mövzusunu komanda şəklində təqdim etdilər. Tədbirdə iştirak edən məktəbimizin direktoru Abdullayeva Zenfira öz irad və tövsiyələri ilə "Kiçik Akademik"lərə uğurlar arzuladı. Tədbir Kiçik Akademiyanın prezidenti Dadaşova Qərənfil tərəfindən təşkil olunmuşdur.

Ətraflı

Kiçik Akademiyanın nəzdində fəaliyyət göstərən Şagird Elmi Cəmiyyətinin konfransı16 aprel tarixində məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiyanın nəzdində Şagird Elmi Cəmiyyətinin konfransı keçirildi.Konfrans Kiçik Akademiyanın Prezidenti Qərənfil Dadaşova tərəfindən təşkil edilmişdir.Konfransda 7 iştirakçı çıxış etdi.İştirakçılar humanitar,texniki,sosial bölmələr üzrə məruzələr etdi. 1.Eyvazlı Əsmər VI sinif (Humanitar) Mövzu:M.Şəhriyarın həyat və yaradıcılığı.Elmi rəhbər:Dövlətova Könül. 2.Namazova Nişanə IX sinif (Sosial) Mövzu:Ətraf mühitin qorunması.Elmi rəhbər:Kərimova Günel. 3.Nəcəfova Gülşən VI sinif (Humanitar) Mövzu:Azərbaycan dili və ingilis dilinin qrammatik müqayisəsi: 4.İbrahimova Kamilə VIII sinif (Texniki) Mövzu:Riyaziyyat gündəlik həyatda. 5.Güliyeva Nəzrin VIII sinif (Sosial) Mövzu:G.M.O.nədir? 6.Əliyeva Əminə VI sinif (Humanitar) Mövzu:Heydər Əliyev və Atatürk.Elmi rəhbər:Şirəliyeva Könül. 7.Şahverdiyev Nicat VIII sinif (Sosial) Mövzu:30 tondan 100-qrama. Konfransın sonunda çıxış edən şagirdlər diplomlarla təltif edildilər.

Ətraflı

Kiçik Akademiyanın sərgisi  Məktəbdə fəaliyyət göstərən"Kiçik Akademiya"nın işini əks etdirən sərgi təşkil edildi.Sərgidə Kiçik Akademiyaya cəlb edilən istedadlı şagirdlərin əsəs fənlər üzrə referatları və əl işləri nümayiş etdirildi.Sərginin məqsədi Kiçik Akademiyanın fəaliyyətinin gücləndirilməsi və şagirdlərdə Akademiyaya marağın daha da artırılması idi.

Ətraflı

"Kiçik Akademiya"nın təşkil etdiyi bilik yarışı4 yanvar tarixində məktəbimizdə Kiçik Akademiyanın üzvləri arasında intellektual bilik yarışı keçirildi.Yarışda VII siniflər mübarizə aparırdı.Yarışda mübarizə aparan komandalardan I yerə"Zəka",II yerə"Yenilməzlər",III yerə"Günəş",IV yerə isə"Aypara"komandası layiq görüldü.   Yarış Kiçik Akademiyanın prezidenti Azərbaycan dili və ədəbiyyat müəllimi Dadaşova Qərənfil tərəfindən təşkil edilmişdir.

Ətraflı

"Kiçik Akademiya"nın yaranma tarixiMəktəbdə "Kiçik Akademiya" 31.01.2017-ci il tarixdə fəaliyyətə başlayıb.Akademiya daxilində humanitar-təbiət kimi bölmələr fəaliyyət göstərir."Kiçik Akademiya"nın prezidenti Azərbaycan dili və ədəbiyyat müəllimi Dadaşova Qərənfil Əliağa qızıdır.

Ətraflı
HAQQIMIZDA

Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşir.Məktəb 1985-ci ildə istifadəyə verilib. Layihə tutumu 1176 yerlikdir.Hal- hazırda məktəbdə 1440 şagird təhsil alır.Şagirdlərin təlim-tər...

BİZİM FƏXRLƏRİMİZ

Ülviyyə Əliyeva Akif

Elməddin Rzazadə Mənsim

HAQQIMIZDA

Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşir.Məktəb 1985-ci ildə istifadəyə verilib. Layihə tutumu 1176 yerlikdir.Hal- hazırda məktəbdə 1440 şagird təhsil alır.Şagirdlərin təlim-tər...

BİZİM FƏXRLƏRİMİZ

Ülviyyə Əliyeva Akif

Elməddin Rzazadə Mənsim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi