Nailiyyətlərimiz

Məktəbimizin daha bir uğuruMəktəbimizin 8a sinif şagirdi Əhmədli Gülay Özbəkistandakı Heydər Əliyev adına Azərbaycanın Mədəniyyət Mərkəzi tərəfindən keçirilən "Müstəqilliyimiz xalqlarımızın nailliyyətlərinin zirvəsidir" adlı Beynəlxalq Onlayn-Forumda iştirak edərək Fəxri Diploma layiq görülmüşdür.Gülayın məruzə etdiyi mövzu:"İrəvan qədim Azərbaycan şəhəri və ata babalarımızın yurd yeri".Şagirdimizi ürəkdən təbrik edir,ona yeni-yeni uğurlar arzulayırıq.

Təşəkkür məktubu Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı Ali Neft Məktəbi məktəbimizin direktoru xanım Zenfira Abdullayevaya 2013-2014-cü tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarından yüksək bal toplamış məzunumuz Əliyev Tərlan Ramiz oğlu (647 bal-Kimya mühəndisliyi) barədə təşəkkür məktubu göndərib.Məktubda qeyd edilib ki,5 il müddətində təhsilini uğurla davam etdirən Əliyev Tərlan 2017-2018-ci tədris ilində bizim Ali Məktəbimizdən də məzun olmuşdur.Hal-hazırda BP şirkətinin Azərbycan,Gürcüstan və Türkiyə regionu üzrə sahə mühəndisi vəzifəsində çalışır.     Bu uğur birlikdə fəaliyyətimizin nəticəsidir.     Məktəb rəhbərliyi əmindir ki,məktəbimizin məzunu olan Əliyev Tərlan Ramiz oğlu daim öz fəaliyyətində doğma təhsil ocağının adını yüksəldəcəkdir.

Daha bir uğurumuzMəktəbimizin 3a sinif şagirdi Məmmədli Məhəmməd 22 oktyabr 2017-ci il tarixində "Yeni Şəfəq"Tədris Mərkəzi tərəfindən keçirilən "Bilik Yarışı"nda əla nəticə göstərərək,630 bal toplamışdır.

HAQQIMIZDA

Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşir.Məktəb 1985-ci ildə istifadəyə verilib. Layihə tutumu 1176 yerlikdir.Hal- hazırda məktəbdə 1440 şagird təhsil alır.Şagirdlərin təlim-tər...

BİZİM FƏXRLƏRİMİZ

Nuray Şirinova Seymur

Həcər Mövsümova Füzuli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi