Kiçik Akademiyanın 2019/2020-ci tədris ilində I yarımil üzrə keçirilmiş təqdimatı

12 dekabrda Kiçik Akademiyanın 2019/2020-ci tədris ilində I yarımil üzrə təqdimatı keçirildi.Tədbirdə əvvəlcədən verilmiş mövzular üzrə təqdimatlar səsləndi: S.Əminə (9a), Mehrəliyeva Lamiyə müəllimənin rəhbərliyi ilə "Məktəb ekologiyası",H.Ruslana (8r) Dadaşova Samirə müəllimənin rəhbərliyi ilə "Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri",N.Səbinə (11r) Səfərova Lalə müəllimənin rəhbərliyi ilə "Ekologiya və iqtisadiyyat",K.Gülşən (10a) Şəfiyeva Lamiyə müəllimənin rəhbərliyi ilə "Azərbaycanın biomüxtəlifliyi" mövzularını təqdim etdilər."Kiçik Akademiya" üzvlərinin çıxışları hər kəs tərəfindən bəyənildi. Tədbirə ibtidai siniflər də cəlb olunmuşdur."Kiçik tədqiqatçılar"dan olan M.Nəzrin (3ç),S.Səkinə (4b),İ.Xəlil (3a),Ə.Hüseyn (4ç), A.Hilal (3b) Səfərova Lalə müəllimənin rəhbərliyi ilə "Bitkilər həyat mənbəyidir" mövzusunu komanda şəklində təqdim etdilər. Tədbirdə iştirak edən məktəbimizin direktoru Abdullayeva Zenfira öz irad və tövsiyələri ilə "Kiçik Akademik"lərə uğurlar arzuladı. Tədbir Kiçik Akademiyanın prezidenti Dadaşova Qərənfil tərəfindən təşkil olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi