Balaca akrobat

Manuylova Zemfira Qulaməli qızı 25.07.2009-cu ildə Bakıda anadan olub. Balaca yaşlarından idmanı çox sevib. 2014-cü ildə idmanın bədii qimnastika növü ilə məqul olmağa başlayıb. Daha sonra 2015-ci ildən isə “Ocaq Sport klub”unda akrobatika ilə məşğul olmağa davam edir . Müxtəlif idman yarışlarında iştirak edib.

26 dekabr tarixində “Bakı Gimnastika Məktəbi”ndə akrobatika gimnastikası üzrə Açıq Məktəb Birinciliyi keçirilmişdi. Zemfira uğurlu çıxışı ilə yadda qalmışdır. 10 yaş kateqoriyası üzrə Z.Manuylova bu yarışda birinci yerə layiq görülmüşdür.
28 yanvar tarixində “Ocaq Sport Klubu”nda, Ocaq Sport Klubunun və Regionlarda gimnastika növləri üzrə keçirilən yarışların işçi qrupunun təşkilatçılığı ilə akrobatika gimnastikası üzrə 1-ci Açıq Birincilik keçirilmişdir. Bu yarışda III yerə layiq görülüb. Hal-hazırda məktəbimizin 3 “A” sinfində təhsil alır. Dərslərində də qabaqcıl şagirdlərdən biridir. Sinif yoldaşları və müəllimi  Fatma Ələsgərova onunla qürur duyur və ona gələcəkdə uğurlar arzu edirlər.

https://youtu.be/8OtmCu4G5CI

https://youtu.be/U4x3coyOISc

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi