“Robotex” festivalında uğur

Məktəbin 9-cu sinif şagirdi Uşaq Səfirlər Məclisinin üzvü Jalə Muradlı 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb.

Jalə Muradlı 5 nəfərlik komanda ilə (VerseTech komandası) “WATER RALLY” kateqoriyası üzrə I yerə layiq görülüb.

Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2500-dən artıq iştirakçı yarışıb. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi