“Mən gəldim, qızlar” (“Müharibə”) adlı tamaşa

Məktəbin bir qrup müəllimi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Nizami rayon komitəsinin sədri Sübut Əsədov tərəfindən təşkil olunan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mən gəldim, qızlar” (“Müharibə”) adlı tamaşanı izləyiblər.

İsveç dramaturqu Lars Norenin “Müharibə” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə əks etdirir. Əsərdə müharibədən gözləri kor olmuş, ancaq ümidini itirmədən səbirlə, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın 2 ildən sonra gəlib evinə çıxmasını qəhrəmanın mənəvi qələbəsi saymaq olar. Səhnə əsərində atanın, eləcə də ana və qızlarının həyatına nəzər saldıqda müharibənin bütün ağrı və acılarını, mənəvi sarsıntılarını, daxili əzablarını görmək o qədər də çətin deyil.

Tamaşanı maraqla izləyən müəllimlər çox gözəl təsuratlarla teatrdan ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi