İbtidai sinif müəllimlərinin iştirakı ilə iclas

Məktəbinin direktor müavini Sevil Rəfiyevanın rəhbərliyi və ibtidai sinif müəllimlərinin iştirakı  ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu 2024-cü ilin may ayında keçiriləcək IV sinifdə təhsil alan şagirdlərin tədris dili və riyaziyyat fənləri üzrə səriştə əsaslı monitorinqinin çərçivə sənədinin müzakirəsi keçirilib.

Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.

Monitorinqdə şagirdlərə təqdim olunacaq tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi