Beş yaşından şahmatla məşğul olur. Doqquz yaşında şahmat üzrə I-ci dərəcə almışdır. Bir çox xarici yarışmalarda iştirak etmiş, üç dəfə respublika çempionu olmuşdur. O, Gürcüstanda keçirilən yarışların iştirakçısı olmuş, I və II yerə çıxmışdır. Dubayda keçirilən dünya çempionatında iştirakçı olmuşdur. Azərbaycanın bölgələrində keçirilən turnurlərdə iştirak etmişdir. 2013-cü ildə Qubada keçirilən çempionatda 2-ci yerin sahibi olmuşdur. 2013, 2014 və 2016-cı illərdə Bakıda keçirilən yarışlarda iştirak etmiş, 3-cü yerə çıxmışdır.