Cavadova Fidan Vidadi qızı 27 sentyabr 2006-cı ildə Bakıda anadan olub. 2012-ci ildə Nizami rayonu 272 № li tam orta məktəbə qəbul edilib. 5 yaşından "Spartak" Könüllü Bədən Tərbiyyəsi İdman Cəmiyyətində bədii gimnastika ilə məşğul olur. İlk dəfə 2014-cü ildə Moskva şəhərində keçirilən Bədii gimnastika üzrə 3-cü açıq turnirdə çıxış edib. 2014-cü ildə Turkiyədə İstambul şəhərində keçirilən turnirdə iştirak edib.2015-ci ildə Bakı şəhərində "Təhsil" Respublika İdman Mərkəzinin keçirdiyi "Təhsil" kubokunda III yeri tutduğuna görə Diplomla təltif edilib. 2015-ci ildə "Spartak" KBTİC RŞ-nin açıq şəxsi birinciliyində I yeri tutduğuna görə Fəxri Fərmanla təltif edilib. 2016-cı ildə Bakı şəhərində keçirilən "Neftçi İdman Klubu"nun açıq birinciliyində II yer tutduğuna görə Diplomla təltif olunub. 2016-cı ildə Bakı şəhərində "Spartak" KBTİC RŞ-nin açıq-şəxsi birinciliyində II yeri tutduğuna görə Fəxri Fərmanla təltif edilib. 2017-ci ildə Bakıda 2006-cı il təvəllüdlü yeniyetmələr arasında bədii gimnastika üzrə "Spartak" KBTİC RŞ-nin açıq-şəxsi birinciliyində I yeri tutduğuna görə Fəxri Fərmanla təltif edilib.