Abbasova Sədaqət İlqar qızı 18 yanvar 2003-cü ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə 132-134 nömrəli Beynəlxalq Təhsil Kompleksinin 1-ci sinfinə qəbul olunub.
2010-cu ildən şahmatla məşğul olmağa başlayıb.
2012-ci ildə 10 yaşlılar arasında Bakı çempionatında 3-cü yerə layiq görülüb, "Naxçıvan Open" turnirində 10 yaşlılar arasında 1-ci yerə layiq görülüb, Gürcüstanın Poti şəhərində keçirilən "Nana Aleksandria Cup" turnirində 9 yaşlı qızlar arasında 1-ci yer, 10 yaşlı qızlar arasında isə 3-cü yerə layiq görülüb.
2013-cü ildə "Bakı Open" turnirində qızlar arasında 1-ci yerə layiq görülüb, UAE-nin Al Ain şəhərində keçirilən dünya çempionatında iştirak edib, "Naxçıvan Open" 10 yaşlı qızlar arasında 2-ci yerə layiq görülüb.
2014-cü ildə Gürcüstanın Poti şəhərində keçirilən "Nana Aleksandriya Cup" turnirində və Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında iştirak edib.
2015-ci ildə 12 yaşlı qızlar arasında Bakı çempionu, "Naxçıvan Open", "Batumi municipality Cup", "Abudhabi Open" yarışlarında iştirak edib. Eyni ildə Xorvatiyanın Porec şəhərində keçirilmiş Avropa çempionatında və Belarusiyanın Minsk şəhərində keçirilən "Blitz və rapid Avropa çempionatı" -nda iştirak edib, "Vuqar Gashimov memorial" turnirində 2-ci yerə layiq görülüb.
2016-cı ildə 14 yaşlı qızlar arasında Bakı çempionu, "Moscow Open", "Naxçıvan Open" və "Batumi municipality Cup" turnirlərində iştirak edib.
2017-ci ildə 14 yaşlı qızlar arasında Bakı çempionu və "Naxçıvan Open 2017" yarışında iştirak edib.
2016-cı ilin dekabr ayından 272 nömrəli tam orta məktəbdə təhsilini davam etdirir. Hazırda məktəbimizin 8 "Ç" sinfində təhsil alır.