Muradova Afət Zahid qızı 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Suraxanı rayonu 196 nömrəli orta məktəbin I sinfinə getmişdir. 2005-ci ildə orta məktəbi bitirmişdir. 2005-ci ildə Azərbaycan Pedaqoji Universitetinə daxil olmuş, 2009-cu ildə bitirmişdir. Sehirli dünya uşaq jurnalında dizayner vəzifəsində işləmişdir. 2015-ci ildə 262 nömrəli orta məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. Bir il işlədikdən sonra, yerdəyişmə imtahanı ilə Suraxanı rayonu 270 nömrəli tam orta məktəbə işə qəbul olmuşdur. 2018-2020-ci ildə Azərbaycan Pedaqoji Universitetində magistr təhsili almışdır.
Azayeva Səfurə Beytulla qızı - 1962 – ci ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində ziyalı ailəsində anadan olmuşdur. 1969 – cu ildə həmin kəndin 8 –illik məktəbin 1 – ci sinfinə daxil olmuşdur. 1977 – ci ildə məktəbin 8 – ci sinfini bitirib, həmin ildə M.Ə.Sabir adına Şamaxı pedaqoji məktəbinin 1 kursuna daxil olmuşdur. 1981 – ci ildə həmin məktəbi bitirərək, Qusar rayonu Xuray kəndinə təyinat almışdır. 1981 –ci ildə ailə həyatı qurmuş,1982 –ci ildə Bakı şəhərinə köçmüşdür. 1988 – ci ilin yanvar ayının 1 – dən Bakı şəhəri Suraxanı rayonunun 263 saylı uşaq bağçası körpələr evində tərbiyəçi vəzifəsində çalışmış, 1995 – cil ildə öz xahişi ilə işdən azad olmuşdur. 01.09.1995 –ci il tarixində Suraxanı rayonu 270 saylı orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. Hal –hazırda həmin vəzifədə çalışır.
Dadaşova Şəfiqə Dadaş qızı - 1969 – cu il iyun 16 –da Ermənistan SSR –nin Qafan rayonunun Şabadin kəndində anadan olmuşdur. 1976 – cı ildə orta məktəbə daxil olmuş, 1986 – cı ildə X sinfi bitirmişdir. 1986- cı ildə Bakı şəhərinə gəlmiş, V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. 1990 – cı ildə pedaqogika və psixologiya ( məktəbəqədər ) ixtisası üzrə tam kursu bitirmişdir. 1990 -cı ildə “ NORD “ EİB – nin nəzdində yerləşən “ Delfin “ uşaq bağçasında tərbiyəçi – müəllimə işinə qəbul olmuşdur. 1995 –ci ildə həmin şöbədə tərbiyəçi - metodist işinə keçmişdir.2000 – ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “ İxtisasartırma və yenidənhazırlanma “ kursunun “ ibtidai təhsil pedaqogika və metodika fakultəsinə daxil olmuşam. 2001 – ci ildə həmin kursu bitirmişdir. 30.08.2001 – ci ildən Suraxanı rayonu 270 № li orta məktəbə ibtidai sinif müəllimi vəzifəsinə qəbul olunmuşdur. Hal – hazırda həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində çalışır.Ailəlidir, 2 övladı var.
Behbudova Qənimə Yusif qızı 1960-cı ildə Qax rayonu Ləkit kəndində anadan olmuşdur. 1967-ci ildə Ləkit kənd orta məktəbin I sinfinə daxil olub, 1977-ci ildə həmin məktəbin X sinfini bitirmişdir.1977-ci ildən 1979 cu ilə qədər Ləkit kənd “ Lenin yolu “ kolxozunda işləmişdir.1979 – cu ildə V.İ.Lenin adına APİ- nin ibtidai təlim pedaqogikası və metodikası fakültəsinin hazırlıq şöbəsinə daxil olub,1980 –cu ildə həmin şöbəni bitirmişdir. 1980 – cı ildə V .İ. Lenin adına APİ-nin ibtidai təlim pedaqogikası və metodikası fakültəsinin I kursuna daxil olub, 1984 –cü ildə həmin fakültəni bitirib. Təyinatla 2 il Qax rayonu Güllük ibtidai məktəbində işlədikdən sonra ,ailə vəziyyəti ilə əlaqədar olaraq Ləkit kənd orta məktəbində öz ixtisası üzrə işlə təmin olunmuşdur. 20. 09.1988 ci – ildə Orconikidze rayonundakı 270 saylı orta məktəbə ibtidai sinif müəllimi təyin edilmişdir. Hal –hazırda həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsində fəaliyyət göstərir. Ailəlidir, 3 övladı var.
Əliyeva Ülkər Vahid qızı – 1977 – ci ildə Bakı şəhərində anadan olub, 1984 – cü ildə 89 saylı məktəbə daxil olub, 1994 – cü ildə 11 sinfi bitirmişdir. 1994 – cü ildə Azərbaycan Dövlət Universitetinə daxil olub. 1998 – ci ildə universiteti bitirmişdir. 01.09.1998 –ci il tarixindən Suraxanı rayonu 270 saylı orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə təyin olunmuşdur.Hal -hazırda həmin vəzifədə çalışır.Ailəlidir,3 övladı var.
Həsənova Sevinc Şamil qızı –1976 cı –il fevral ayının 11 –də Bakı şəhərində anadan olub.1984 – cü ildə I sinfə getmiş, 1993 – cü ildə orta məktəbi bitirmişdir. 1995 –ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub,1998- ci ildə ibtidai təhsil metodikası və pedaqogikası ixtisası üzrə bitirmişdir.Hal - hazırda ibtidai sinif müəllimi vəzifəsində fəaliyyət göstərir. Ailəlidir,3 övladı var.
Qocayeva Afər Salman qızı -1964 –cü ildə Laçın r-nu, Hacılar kəndində kolxozçu ailəsində anadan olmuş, 1970 – ci ildə Hacılar kənd 8 illik məktəbinin 1 –ci sinfinə daxil olmuş, 1978 –ci ildə bitirmişdir. 1979 – cu ildə M.Əzizbəyov adına Şuşa Mədəni – Maarif məktəbinin ibtidai sinif şöbəsinə daxil olmuş, 1983 – cü ildə ibtidai sinif və pioner baş dəstə rəhbəri ixtisası üzrə tam kursu bitirmişdir. 6 iyul 1983 -cü il tarixli ibtidai sinif müəllimi və pioner baş dəstə rəhbəri ixtisası verilmişdir. 1983 – cü ildə Bərdə r – nu internat orta məktəbində müəllim işləmişdir.1985 – ci ildə ailə həyatı qutmaqla əlaqədar Bakıya köçmüş, 10.09.1985 –ci ildə Orconokidze r – nu 270 saylı məktəbinə günü uzadılmış qrup tərbiyəçisi təyin edilmişdir.Hal – hazırda ibtidai sinif müəllimi vəzifəsində çalışır.Ailəlidir, 2 övladı var.
Quliyeva Əminə İnqilab qızı - 1959 – cu ildə Ucar r – nu Qulabənd Bağırbəyli kəndində fəhlə ailəsində anadan olmuşdur.1966 – cı ildə Ucar r – nu Alpı kənd orta məktəbinin 1 –ci sinfinə daxil olmuşdur. 1974 – cü ildə 8 – ci sinfini bitirmişdir. 1974 – cü ildə Quləbənd kənd orta məktəbin 9 – cu sinfinə daxil olmuşdur. 1976 – cı ildə bitirmişdir. 1976 – cı ildə M. Ə. Sabir adına Şamaxı pedaqoji texnikomunun sinif müəllimliyi şöbəsinədaxil olmuş , 1979 – cu ildə bitirmişdir.Təyinatla Ucar rayon Bağırbəyli kənd ibtidai məktəbinə ibtidai sinif müəllimi göndərilmişdir. 04. 09. 1988 – ci ildə Orconokidze rayonu 270 saylı orta məktəbin ibtidai sinif müəllimi təyin olunmuş,hal – hazırda həmin vəzifədə çalışır.Ailəlidir , 2 övladı var.
E.Qaranzadə adına 270 nömrəli tam orta məktəb 1984-cü ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 2237 şagird təhsil alır. Onların təl...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi