Ələkbərova Şəhla İsmayıl qızı 29.06.1982- ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989 – cu ildə orta təhsilini Xətai rayonu 27 saylı orta məktəbində almışdır. 1999 – cu ildə orta məktəbi bitirmişdir.Həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. 2003- cü ildə universiteti bitirmişdir. 17.09.2005 –ci il tarixində Suraxanı rayonu 270 saylı orta məktəbə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Hal – hazırda həmin vəzifədə fəaliyyət göstərir. Ailəlidir, 2 övladı var.
Hüseynov Nizami Hüseynağa oğlu 12. 01.1960 – cı ildə Cəlilabad rayonu , Xəlili kəndində anadan olmuşdur. 1980 –cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakultəsinin I kursuna daxil olmuş, 1985 – ci ildə bitirmişdir. 15. 08. 1985 –ci ildə Xəlili kənd orta məktəbinə ixtisası üzrə müəllim işləmişdir. 01.04.1995 – ci ildə Suraxanı rayonu 270 saylı orta məktədə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Hal –hazırda həmin vəzifədə çalışır. Ailəlidir, 2 övladı var. 2024-cü il tarixindən Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatının üzvüdür.
Hüseynova Sədaqət Saleh qızı 06.01.1978 – ci ildə Bakı şəhərində anadan olmuşdur. 1995 – ci ildə Bakıxanov rayonu 96 № li orta məktəbi bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat fakultəsinə qəbul olmuşdur. 2000 –ci ildə dil ədəbiyyat fakultəsini bitirib , dil ədəbiyyat ixtisası almışdır. 09.09.2002-ci ildə Suraxanı rayonu 270 saylı orta məktəbə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Hal – hazırda həmin vəzifədə fəaliyyət göstərir. Ailəlidir, 1 övladı var.
Quliyeva Elmira Yadulla qızı 10.09.1960- cı il Şəki şəhərində anadan olmuşdur. 1967 – ci ildə Bakı şəhərindəki 161 saylı orta məktəbin I sinfinə gedib, 1977 – ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1982 – ci ildə əmək fəaliyyətini Azərbaycan Pedaqoji İnstitutunun nəşriyyatına davam etdirmişdir. 1982 –ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olub, 1988 – ci ildə oranı bitirmişdir. 1990 – cı ildə Nəsimi adına Dilçilik İnstitutunun 20-30 – cu illərdə Azərbaycan dilində alınma sözlər mövzusu üzrə dissertant olmuş,filoloji topluda bir neçə məqalə dərc olunmuşdur. 01.09.2000 –ci il tarixində Suraxanı rayonu 270 saylı orta məktəbində fəaliyyətə başlamış, hal – hazırda həmin vəzifədə fəaliyyət göstərir.1 övladı var.
Teymurova Nərgiz Dadaş qızı 22.08. 1968 – ci ildə Ucar rayonu, Küçəkənd kəndində anadan olmuşdur. 1975 – ci ildə Bakı şəhəri , Suraxanı rayonu, 196 saylı orta məktəbin I sinfinə daxil olmuş, 1985 – ci ildə bitirmişdir. 1987 – ci ildə M.Ə.Rəsulzadə adına BDU – nin filologiya fakultəsinə daxil olmuş, 1993 – cü ildə universiteti bitirmişdir. 15.09.1993 – cü ildən Suraxanı rayonu 270 saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində fəaliyyət göstərmişdir. Ailəlidir,1 övladı var.
Abdullayeva Sahidə Abdulla qızı 27.12.1959 - cu ildə Goranboy rayonu Yeravanlı kəndində anadan olmuşdur. 1967 – ci ildə Qasım İsmayılov şəhər Qatır Məmməd adına 2 № li orta məktəbin I sinfinə daxil olub , 1977 – ci ildə həmin məktəbin X sinfini bitirmişdir. 1979 – cu ildə V. İ. Lenin adına APİ –nin filologiya fakultəsinin I kursuna daxil olmuş, 1983 – cü ildə həmin institutu bitirmişdir. 1983 – 2000 – ci ilin fevralına kimi Ağdaş rayonu Hüşün kənd natamam orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. 12. 02. 2000- ci ildə Suraxanı rayonu 270 saylı orta məktəbdə müəllim təyin edilmişdir. Hal –hazırda həmin vəzifədə çalışır. Ailəlidir, 2 övladı var.
Nəbiyev Xəyyam Səlvər oğlu 01.01.1965- ci ildə İsmayıllı rayonu , Xankənd kəndində anadan olmuşdur. 1972 – ci ildə Xankənd 8 illik məktəbinin I sinfinə qəbul olmuşdur. 1980 – cı ildə oranı və 1982 – ci ildə Sulut kənd orta məktəbini bitirmişdir. 1987 – ci ildə N.Tusi adına ADPU- nun filologiya fakultəsinə daxil olmuş, 1992 – ci ildə bitirmişdir. 1992- ci ildə Xankənd orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmişdir. 01.09.2001 - ci il tarixində Suraxanı rayonu 270 saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Hal – hazırda həmin vəzifədə çalışır. Ailəlidir, 3 övladı var.
Şahbazova Ülviyyə Müzəffər qızı 06.07.1980- cı ildə Dəvəçi rayonunda anadan olmuşdur. 1986 – cı ildə Roman Yusifov adına 2 saylı orta məktəbə daxil olmuşdur. 1996- cı ildə məktəbi bitirmişdir. 1998 - 2002 – ci illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsi üzrə ali təhsil almışdır. 28.10.2006 –cı il tarixində Suraxanı rayonu 270 saylı orta məktəbdə azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində çalışmışdır.Hal- hazırda həmin məktəbdə fəaliyyət göstərir. Ailəlidir , 2 övladı var.
Bayramova Mahirə Nəsib qızı 22.04.1970 – ci ildə Vardenis rayonu , Daşkənd kəndində anadan olmuşdur. 01.09.1977- ci il tarixdə kənd orta məktəbinin I sinfinə getmişdir. 1987 –ci ildə Daşkəsən kənd orta məktəbini bitirmişdir. 1988 – ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstituna daxil olmuşdur. 1993 – cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat əlavə fizika ixtisasını bitirmişdir. 01.09.1993- cü il tarixindən Suraxanı rayonu 270 saylı orta məktəbdə riyaziyyat müəllimi vəzifəsində fəaliyyət göstərir. Ailəlidir, 3 övladı var.
E.Qaranzadə adına 270 nömrəli tam orta məktəb 1984-cü ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 2237 şagird təhsil alır. Onların təl...
Məktəbimizin şagirdi Əhmədzadə Cansu Birləşmiş Ərəb Əmirliklərinin Fujayra şəhərində karate idman növü üzrə "İnternational Karate Open" beynəlxalq turnirində qızıl medal qazanıb. Təbrik edirik !!
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi