Nailiyyətlərimiz

Gəray Ramazan5"B" sinif şagirdi Gəray Qaşqay oğlu Ramazan 12-14 yanvar 2018-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" Karate Klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş II Açıq Beynəlxalq Karate turnirində -30 kq çəki dərəcəsində 10-11 yaş qrupunda yarışaraq III yerə layiq görülmüşdür. "Diplom" və medalla təltif edilmişdir.

Məstanlı Cavid - 8"a" sinfi8"A" sinif şagirdi Məstanlı Cavid Cabir oğlu -Ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə keçirilən "Xalqa bağışlanan ömür" adlı rayon tədbirində məktəbi uğurlu təmsil etdiyinə görə "Diplom"la təltif edilmişdir.

"Təhsilin keyfiyyəti cəmiyyətin inkişafının göstəricisidir"Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəhla İsmayıl qızı Ələkbərovanın növbəti elmi məqaləsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən işıqlandırılan "Elmi əsərlər" adlı jurnalında dərc edilmişdir. 2017-2018-ci il "Təhsildə keyfiyyət ili" adlandırdığı üçün Şəhla müəllim bu mövzuda elmi məqalə yazmaq qərarına gəlib. "Təhsilin keyfiyyəti cəmiyyətin inkişafının göstəricisidir" adlanan elmi məqalə məktəbin direktoru İsgəndərov Əli və qabaqcıl müəllimlər tərəfindən rəğbətlə qarşılanmışdır. Direktor Əli müəllim Şəhla xanıma uğurlarının davamlı olmasını arzuladı.

HAQQIMIZDA

   E.Qaranzadə adına 270 nömrəli tam orta məktəb 1984-cü ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 2237 şagird təhsil alır. Onların təl...

BİZİM FƏXRLƏRİMİZ

Cavid Məstanlı Cabir

Kənan Rəsulzadə Rəsul

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi