Beynəlxalq səviyyəli tədbirdə növbəti təşkilatçılıq11 “A” sinif şagirdi Cəfərzadə Leylana növbəti dəfə təşkilatçı sertifikatı təqdim olundu.
Ona III Beynəlxalq Tərəkəmə Çərşənbəsi Folklor Festivalında təşkilatçı kimi iştirak etdiyinə görə sertifikat verilmişdir.
Milli geyimlərin dəfinəsi nümayiş olundu.
Modelyer Laləndər Novruzovanın Azərbaycan milli geyimləri dəfinəsi nümayiş olunmuşdur.Milli geyimli qızlar Sarı gəlin mahnısını, “Yallı” rəqsin də ifa etmişlər.Tarixi etnoqrafik zonaların geyimlərini nümayiş etdirən qızlar maraqla qarşılanmışlar.Məktəbimizin 11 “A” sinif şagirdi Cəfərzadə Leylan bu tədbirdə Qazax bölgəsinin milli geyimin nümayiş etdirmişdi.Son dövrlər milli mədəni irsə maraq daha da artır.Gənc nəslin tərbiyəsində mühüm rol oynayan bu tədbir-nümayiş eyni zamanda xarici ölkədən gəlmiş gənclərin də marağına səbəb oldu.Gürcüstanlı nümayəndə heyətinə rəhbərlik edən Leylan onların suallarına geniş cavab verərək bildirib ki, təhsil ilə milli irsin əlaqəsi möhkəmdir.Fikir mübadiləsi zamanı gənc qonaqlar bu obraz-simvollara məişətdə digər yerlərdə də rast gəldiklərini söyləyiblər.Daha da geniş məlumat almaq üçün növbəti səfər zamanı Azərbaycan Tarix Muzeyinə, tarix və Etnoqrafiya Muzeyinə, Azərbaycan xalçası və Xalq Tətbiqi Sənət Dövlət Muzeyinə ekskursiya edəcəklərin məqsədəuyğun biliblər.
Şagirdlərimizin növbəti uğuruMəktəbimizin direktoru Əli İsgəndərov Ukraynada Beynəlxalq Konfrans çərçivəsində rəsmləri sərgilənən Fərid Məmmədov və Leylan Cəfərzadəni Ukrayna, Lvov Vilayət Dövlət Elm və Təhsil Şurasının birgə layihəsi olan “ Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi” mövzusunda elmi-təcrübi konfransda sertifikata layiq görüldükləri üçün onları təbrik etdi.Onlara vətənimizi, millətimizi sevməyi , parlaq boyalarda da geniş əks etdirməyi, rəsmlərində milli irsimizə toxunmağı, etnoqrafiyamızı, tarixi faktları daha qabarıq göstərməyi tövsiyə etdi. Şagirdlərin yaradıcılıq fəaliyyətlərinin genişlənməsi, istedadlarının üzə çıxması üçün məktəbdə yaradılmış şəraitdən danışdı.Uğurlar arzuladı.
3 “C” sinif şagirdi Məmmədli Yusif Kamran oğlu11.03.2018-ci il tarixində 3 “C” sinif şagirdi Məmmədli Yusif Kamran oğlu Hövsan Olimpiya İdman Kompleksi və Lokomotiv birinciliyində Yunan-Roma güləşi üzrə 2007-2008-ci il təvəllüdlü , 23 kq çəki dərəcəsində olan yeniyetmələr arasında I yerə layiq görülmüşdür.