“Vətən müharibəsi-Qarabağ Zəfəri” adlı onlayn yazı müsabiqəsinin qalibiBakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Suraxanı Rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Böyük Qələbəmizə həsr olunmuş “Vətən Müharibəsi-Qarabağ Zəfəri” mövzusunda onlayn yazı müsabiqəsinin rayon mərhələsində iştirak edən məktəblilər arasından Bakı şəhəri, Suraxanı rayonu, E. Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 10 "B" sinif şagirdi Əliyeva Ətirə “Vətən müharibəsi-Qarabağ Zəfəri” adlı onlayn yazı müsabiqəsində fərqlənərək layihənin qalibi olmuşdur. Şagirdimizi təbrik edir, gələcək müsabiqələrdə müvəffəqiyyətlər arzulayırıq!
AZƏRBAYCAN ƏSGƏRİNİN ZƏFƏR YÜRÜŞÜ44 günlük VƏTƏN müharibəsinə həsr olunmuş məktəblilər arasında keçirilmiş "AZƏRBAYCAN ƏSGƏRİNİN ZƏFƏR YÜRÜŞÜ" adlı onlayn rəsm müsabiqəsinin qalibi Bakı şəhəri, Suraxanı rayonu, E. Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 5"C" sinif şagirdi karantin qaydalarına uyğun olaraq Əliyeva Sara Diplomla təltif olunub.
İnşa yazı müsabiqəsiSuraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 yanvar faciəsinin XXX ildönümünə həsr olunaraq, rayon tam orta məktəbliləri arasında elan olunmuş inşa yazı müsabiqəsinin iştirakçısı məktəbimizin 7"D" sinif şagirdi Qasımlı Məsumə III yerin qalibi olmuşdur.