Ömər Paşa Müasir Azərbaycanın qurucusu Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş "DAHİ" adlı inşa yazı müsabiqəsində 1-ci yerə layiq görülmüş Bakı şəhəri, Suraxanı rayonu, E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin 4 "Ə" sinif şagirdi Ömər Paşa, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov tərəfindən müvafiq diplomla təltif olunmuşdur. Ömər Paşanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!
"Müdrik siyasət və Qarabağ Zəfəri"Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2021-ci il yanvarın 26-dan martın 30-u tarixinədək paytaxt rayonlarının orta məktəb şagirdləri arasında Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsi uğrunda başlatdığı 44 günlük Vətən müharibəsinə həsr olunmuş "Müdrik siyasət və Qarabağ Zəfəri" mövzusunda referat yazı müsabiqəsi keçirilmişdir. Məktəbimizin şagirdi Əliyeva Ətirə xüsusi fərqlənən, qalib şagirdlər sırasındadır.
“Biz zəfər qazandıq!”Azərbaycan Respublikası Təhsil Nazirliyi təşəbbüsü ilə keçirilən “Biz zəfər qazandıq!” respublika onlayn rəsm-müsabiqə sərgisi”nə məktəbimizin 9 "Ç" sinif şagirdi Məmmədov Fərid çəkdiyi rəsm əsəri ilə müsabiqədə iştirak etmişdir.