Rəqəmsal formada qiymətləndirmələrin təşkili davam edir

   Elm və Təhsil Nazirliyinin təlimati məktubuna əsasən 2022-2023-cü tədris ilindən etibarən “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunan bütün ümumi təhsil müəssisələrində 5-6-cı siniflər üzrə məktəbdaxili böyük summativ qiymətləndirmələr rəqəmsal formada həyata keçirilir.

Təlimata uyğun olaraq 10-cu siniflərin Böyük Summativ Qiymətləndirməsi rəqəmsal formada təşkil edilib.

Rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik, bacarıqlarının artırılması, qiymətləndirmə vasitələrinin hazırlanma və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə, eləcə də kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.

Məktəbdaxili qiymətləndirmənin rəqəmsallaşdırılması prosesinin tətbiqinə 2021-2022-ci tədris ilindən başlanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi