“Son zəng” tədbirinin keçirilməsi ilə bağlı söhbət aparılıb

03 iyun 2025-ci il tarixdə XI sinif şagirdlərinin iştirakı ilə “Son zəng” tədbirinin keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təqdim olunmuş rəsmi təlimat şagirdlərə çatdırıldı.
Təlimatda qeyd olunan əsas tələblər – tədbirin təşkili zamanı təhlükəsizlik, iştirakçı çərçivəsi, musiqi seçimi, etik qaydalar və təşkilati məsuliyyət məsələləri ətraflı izah olunub.