“Məktəblərdə Futbol Dərsi” layihəsi

   AFFA-nın dəstəyi ilə keçirilən UEFA-nın “HatTrick” proqramı çərçivəsində “Məktəblərdə Futbol Dərsi” layihəsinin bağlanış mərasimi keçirilib.

Respublika Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" na uyğun olaraq, AFFA və Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu müqavilə çərçivəsində AFFA tərəfindən şagirdlər arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği və yüksək səviyyəli futbolçuların hazırlanması məqsədi ilə “Futbol həyatdır” pilot layihəsi hazırlanmışdır. Qeyd etmək lazımdır ki, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin artırılması baxımından bu layihə mühüm əhəmiyyət kəsb edir. AFFA rəhbərliyi tərəfindən məktəblərdə futbol dərsi deyəcək məşqçilər müəyyən edilmişdir və onlara almaniyalı mütəxəsisi tərəfindən təlimlər keçirilmişdir. Təlimlərin məqsədi Avropa standartlarına uyğun şəkildə hazırlanmış futbol dərslərinin tədris proqramı ilə məşqçiləri tanış etmək və onların bu proqram üzrə xüsusi tədris texnologiyalarının mənimsəməsini təmin etməkdir.

"Məktəblərdə futbol dərsi" layihəsində fəaliyyət göstərən məktəblər üçün məktəblər arasında (həm qızlar, həm oğlanlar) turnirlərin keçirilməsi planlaşdırılır. Bu oyunlara AFFA seleksionerləri və uşaq klublarının məşqçilərinin dəvət olunması nəzərdə tutulur. Məqsəd istedadlı uşaqları aşkara çıxarmaq və onların istedadlarını inkişaf etdirmək məqsədi ilə peşəkarfutbol klublarına yerləşdirməkdir.

Layihə çərçivəsində məktəbimizdə keçirilən yarışmanın qalibi 5a sinfi olub. Qeyd edək ki , layihə məktəbimizin fiziki tərbiyə müəllimi , FİFA referisi Zeynal Zeynalov tərəfindən həyata keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi