"YAŞIL DÜNYA" adlı ağac əkmə aksiyası

Məktəbin fəaliyyət planının 1.5. 45 -ci bəndinə əsasən "Yaşıl şəbəkə - Yaşıl dünya" ekoloji maarifləndirmə mövzusunda 6b sinfi ilə ağac əkmə aksiyası keçirildi. Ağac əkmə UBTR - Əhədova İlahə, biologiya müəllimi Abdullayeva Lale və hərbi müəllim İsayev Seymurun rəhbərliyi ilə təşkil edildi. Şagirdlər pandemiya qaydaları gözlənməklə dərsdən sonra məktəbin həyətyanı sahəsinə zeytun və meyvə ağacları əkdilər. Onlara ağacların əkilməsi və ağaclara qulluq qaydaları öyrədildi.