Reproduktiv sağlamlıq mövzusunda seminar

Elm və Təhsil Nazirliyi Ümidli Gələcək Sosial Təşəbbüslər ictimai birliyi ilə əməkdaşlıqla həyata keçirilən “Reproduktiv sağlamlıq” layihəsinə həsr olunmuş , "Gəncliyin ilk mərhələləri" mövzusunda 5 may tarixində məktəbin 6-cı sinif qızlarına Leyla Hacıyeva tərəfindən maarifləndirici söhbət aparıldı. Seminar zamanı reproduktiv sağlamlıqla bağlı şagirdlərə geniş məlumat verildi. Sonda şagirdlərin sualları cavablandırıldı.