Şəhid Elçin Qaranizadə yad edilib

Məktəbin adını daşıdığı , I Qarabağ Müharibəsi şəhidi Elçin Qaranizadənin Anım Günü qeyd olunub. Şəhidin məzarı ziyarət edilib.
Tədbirdə şəhidin ailə üzvləri iştirak edib.
Xatırladaq ki , Elçin Qaranzadə 1973-cü ildə sentyabrın 21-də Bakı şəhərində anadan olmuşdur. Əslən Borçalının Saraçlı kəndindəndir.1991-ci ildə hərbi xidmətə çağrılan Elçin Qaranzadə N nömrəli hərbi hissədə hava hücumundan müdafiə batalyonunda xidmətdə olmuşdur. O, erməni vəhşiliklərinə dözməyərək könüllü olaraq ön cəbhəyə yollanmış,1994-cü ilin may ayının 8-də şəhid olmuşdur.
Şəhidin məzarı II Fəxri xiyabandadır.
Allah rəhmət eləsin!