Monitorinqlərin nəticələri təhlil olunur

Məktəbin illik Fəaliyyət planının 1.1.3. 3 və 1.1.3.7-ci bəndlərinə uyğun olaraq 4-cü siniflərin ana dili, riyaziyyat fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən 4-cü siniflərin monitorinq imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə 4-cü siniflərdə sınaq test imtahanı keçirilmişdir. Monitorinq imtahanlarına uyğun aparılmış monitorinqlərin nəticələri 06 may tarixində müəllimlərlə müzakirə edilib.