Nailiyyətlərimiz

600-dan yuxarı bal toplayan məzunlarımız-20081.Hacıyev Əli Vahid oğlu-III qrup,az.bölməsi-Bakı Dövlət Universitetinin Hüquq fakultəsi-660 bal

NailiyyətlərimizTələbə Qəbulu Dövlət Komissiyasının rəsmi məlumatına əsasən məktəbin məzunları son üç ildə ali məktəblərə qəbulda yüksək nəticələr göstərmişlər.Təlim-tərbiyənin keyfiyyətinin, müəllim və şagirdlərin məsuliyyətinin artırılması istiqamətində müntəzəm işlər aparılmış və bu işlər öz nəticəsini vermişdir. Son üç ildə məktəbin bir neçə şagirdi yüksək balla Respublikanın ali məktəblərinə qəbul olunmuş və onlardan 3-ü müxtəlif illərdə prezident təqaüdünə layiq görülmüşdür. Son üç ildə 18 şagird 600-dən çox bal toplamışdır,12 şagirdimiz dünyanın müxtəlif ali təhsil müəssisələrində təhsil alırlar. Məzunlarının xarici ölkələrdə ABŞ-da, İngiltərədə, Almaniyada, İsveçrədə, Vyanada, Polşada, Rusiyada, müxtəlif nüfuzlu Universitetlərdə təhsil aldığına görə məktəb həmin universitetlərin bir çoxu ilə əlaqə salayr. Məktəbin şagirdləri hər il keçirilən respublika olimpiadalarında , müsabiqələrində fəal iştirak etmiş və fəxri fərman diplomla mükafatlandırılmışdır. Mirzəyeva Nigar, Camalzadə Kənan, Rəhimova Nərmin, İsgəndərova Nuray, Ana dili, kimya, riyaziyyat, biologiya fənni üzrə şagirdlərimiz respublika olimpiadalarında II və III yerə layiq görülmüşlər. Bütün bunlarla yanaşı olaraq şagirdlər beynəlxalq yarışlarda müvəffəqiyyətlə iştirak etmiş, mükafatlandırılmışdır. Məktəbin şagirdi Musəvi Nəzrin-“British Councul” təşkil etdiyi məktəblərarası ingilis dili olimpiadasının qalibi, Ağayev Mirhüseyn-Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və NUR Uşaq və Gənclər İB ,”Həmyaşddan-həmyaşıda” layihələrində,UNİSEF-İN Saglam Düşün,Sağlam Yaşa, Sağlam Ol”layihələrində diplomlara layiq görülmüşdür. İdmançı yetirmələr Məktəb şagirdlərinin idman nailiyyətləri həmişə yüksək olmuşdur. Belə ki, məktəblilərin spartakiadasında şagirdlər dəfələrlə mükafata layiq yerlər tutmuş, birinci dərəcəli diplomlar və kuboklarla təltif olunmuşlar. Bir ənənə halı olaraq məktəbin “Şahinlər” və “ Cəsurlar” komandaları Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən hərbi idman oyunlarında fəal iştirak etmiş və dəfələrlə II və III yerləri tutmuşlar.Məktəbimiz 2010-cu ildən “Beynəlxalq həyəcan hissi” layihəsinə qoşulmuşdur. Bu layihə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında saziş əsasında “London 2012” olimpiya və paraolimpiya oyunlarına həsr olunmuşdur. Məktəbin kollektivi (müəllimlər və şagirdlər ) bu layihədə iştirak etdi. “İdman qadınlar üçün, idman qadınların həyatında , idman qadınlarla birgə”. 2010-2012 –ci ildən məktəb kollektivi ( müəllimlər və şagirdlər ) bu layihədə iştirak edir. ”Təhsil və təşviq üçün idman” 2012-ci il idman hərəkətlərindən və idman oyunlarından vasitə kimi istifadə edilərək şagirdlərdə sağlam həyat tərzi, pis vərdişlərə qarşı mübarizə, təbiəti qorumaq, olimpia dəyərlərini öyrənmək, liderlik və birgə iş hissləri aşılamaq vərdişlərinə tərbiyə olunur. 2012-ci ildə Beynəlxalq Atletika Federasiyası tərəfindən keçirilən “Atletika uşaqlar üçün “ layihəsində uşaqlarımız və müəllimlərimiz müvəffəqiyyətlə iştirak etmişdir. İdmançı şagirdlərimiz hamımızın fəxridirlər.Bunlardan:Musayev İslam-Cüdo üzrə III ənənəvi Açıq Birinciliyində, Əliyev Qəşəməli- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi,Beynəlxalq “Mingəçevir Regatası”avarçəkmə yarışlarında,Rüstəmov Cavid-Respublika Şahmat Turnirində,Sadıqov Ruslan-Basketbol üzrə 1997-1998-ci il təvəllüdlü oğlanlar arasında Açıq Respublika Birinciliyində,Bayramov Samir-Yeniyetmələr arasında Yunan-Roma Güləşi üzrə Açıq Respublika Birinciliyində,Osmanlı Talıb- Azərbaycan Respublikası Cui-Citsu Milli Federasiyası Beynəlxalq Ciu-Citsu Federasiyasının 6(rokiu-kyu) turnirində, İlyasov Vaqif-Kontakt karate-Do Federasiyasının Respublika Birinciliyində I.II və III yerləre layiq görülmüşlər. V sinif şagirdləri Məcidov Emin və Məcidov Adil qardaşları Azərbaycan Respublikası Milli Karate Federasiyası, I DAN Respublika səviyyəli yarışlarda hakimlik etmək səlahiyyəti qazanmışlar. Zərifə Bəşirova- Bədii Gimnastika Turniri, Ukrayna Respublikasında, Musayev İslam Cüdo üzrə Türkiyə, Konya şəhərində keçirilən Beynəlxalq Turnirində, Məcidov Emin və Məcidov Adil Türkiyədə təşkil olunan Dünya Şotokan Karate çempionatında məktəbimizi ləyaqətlə təmsil edərək yüksək pillələr qazanmışlar.

HAQQIMIZDA

Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb 1959- cu ildən fəaliyyət göstərir. 200...

BİZİM FƏXRLƏRİMİZ

Elnur Məmmədli Emin

Azad Səmədov

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi