Kiçik Akademiya

KİÇİK AKADEMİYANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ.27 nömrəli tam orta məktəbdə Kiçik Akademiyanın Azərbaycan və rus bölməsi üzrə Humanitar bölmə iclasları keçirildi. İclasda məktəbin 6,7 8 və 9-cu sinif şagirdlərindən ibarət Kiçik Akademiyanın üzvləri iştirak etmişlər. Şagirdlərə Kiçik Akademiya Humanitar bölməsinin fəaliyyəti və ilk layihənin təməl istiqamətləri barədə tanışlıq məqsədilə məlumat verildi. İş prinsipi, məqsədlər, vəzifələr və hədəflər müəyyənləşdirildi. Şagirdlərin rəy və təklifləri dinlənildi.

Ətraflı

Sabahın alimləri“Sabahın alimləri” X Respublika Müsabiqəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 20 layihə iştirak etmək hüququ qazanıb. 27 nömrəli tam orta məktəbin 11 ci sinif şagirdi Zaur Məmmədov da riyaziyyat fənni üzrə qatıldığı bu respublika müsabiqəsində finalda iştirak etmək hüququ qazanmışdır. Şagirdimizə kollektivimiz adından müsabiqənin qalibi olmasını diləyirik. Yolun açıq olsun. #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #SabahınAlimləri Ətraflı: https://baku.edu.gov.az/az/page/9/5369

Ətraflı

Kiçik akademiya.18.02.2021-ci il tarixində 27 nömrəli tam orta məktəbdə «Kiçik Akademiya» nın ilk iclası keçirildi.Yaradıcılıq və elmi tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olan «Kiçik akademiya haqqında əsasnamə» ilə məktəbin rəhbəri Könül Həsənova iclasın iştiraçkılarını və akademiyanın üzvlərini tanış etdi. Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparılmasının vacibliyini vurğuladı.Kiçik akademiyanın əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilərək iş planlarının təqdim olunması müzakirə edildi. Akademiya çərçivəsində şagirdlərin müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparacaqları, məruzə ,tezis , referat, hesabatlar hazırlamaları , həm fərdi, həm də kollektiv şəkildə həmin işləri yerinə yetirə biləcəkləri iştirakçıların diqqətinə çatdırıldı. 2020-2021-ci tədris ilində müxtəlif layihələrdə respublika və beynəlxalq müsabiqələrdə iştirak etmiş məktəbin şagirdləri çıxış edərək öz layihələrini təqdim etdilər.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb 1959- cu ildən fəaliyyət göstərir. 200...

BİZİM FƏXRLƏRİMİZ

Iqor Aşurbəyli Rauf

İqor Annenkov

HAQQIMIZDA

Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb 1959- cu ildən fəaliyyət göstərir. 200...

BİZİM FƏXRLƏRİMİZ

Iqor Aşurbəyli Rauf

İqor Annenkov

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi