HAQQIMIZDA

Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəb 1959- cu ildən fəaliyyət göstərir. 2008-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi və “ British Council Azerbaijan” tərəfindən həyata keçirilən , məktəbin bütün siniflərini əhatə edən “İngilis dilinin intensiv tədrisi” layihəsi çərçivəsində məktəb bir sıra uğurlara imza atmışdır. Müəllimlərimiz elmi- metodik  bilik və vərdişlərini gücləndirmək məqsədilə müxtəlif beynəlxalq layihələrdə , təlimlərdə  iştirak edir. Məktəbdə 2017-ci ildən  ARTN ilə „Alqoritmika“ Beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən rəqəmsal bacarıqlar layihəsi informatika dərslərinin transformasiyası üzrə həyata keçirilir. 2019-cu ildən isə məktəbin ingilis dilini tədris edən müəllimləri „Uğur üçün tədris“- (SPEX) layihəsinin , „ eTwinning Plus”layihəsi çərçivəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılması üzrə təlimlərin  iştirakçılarıdırlar.

Məktəbin müəllim və şagirdləri “Qardaşlaşmış şəhərlər” , “ Bizim qəhrəmanlar” , “TOPs- təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” , “Real Madrid Fondu və ARGİN,  ARTN-nin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq layihəsi”nin, “Olimpia Mədəniyyəti və Təhsil Proqramı çərçivəsində həyata keçiriliən beynəlxalq layihənin fəal iştirakçıları olmuşlar.

Təhsilalanlarin təhlükəsiz və harmonik inkişafını təmin edən , təhsil mühitinin formalaşması ilə bağlı həyata keçirilən “Məktəblinin dostu“  layihəsi 2016-cı ildən təhsil ocağında həyata keçirilir.

27 nömrəli tam orta məktəb Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə iki dəfə- 19 avqust 2008-ci il tarixli 2007/2008-ci tədris ilində və Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-cü il tarixli 3043 nömrəli sərəncamı ilə 2012/2013-cü dərs ilində keçirilmiş “ Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Məktəbin pedaqoji heyətinin 2 üzvü Azərbaycan Respublikasının “Əməkdar Müəllimi” 3 üzvü fəlsəfə doktoru, 1 üzvü isə elmər namizədidir.

 Məktəb iki korpusdan ibarətdir. 960 şagird tutumu olan birinci korpus 4 mərtəbəli, 2008-ci ildə inşa edilən,  380 şagird tutumu olan 2-ci korpus isə 3 mərtəbəlidir. 27 nömrəli tam orta məktəb, 2012-ci ildə Dövlət Proqramı əsasında əsaslı təmir edilmişdir. Ümumtəhsil məktəbində zəngin fənn kobinetləri, Respublika Prezidentinin Təhsil haqqında sərəncamları, Nazirlər kobinetinin qərarları, Təhsil İslahatını əhatə edən, müasir tələblərə cavab verən stendlər öyrədici mühitin yaradılması üçün zəmin yaradır. Fənlərin tədrisi innovasiyalar, yeni təlim texnologiya və fəal ( interaktiv ) təlim metodları ilə aparılır. Məktəbdə tədris azərbaycan və rus dilində keçirilir.

Hazırda təhsil ocağında 68 sinifdə  2274 nəfər şagird təhsil alır, 122 nəfər müəllim çalışır. Müəllimlərin 117 nəfəri ali təhsilli, 4 nəfəri isə orta ixtisas təhsillidir.

Məktəb 5 günlük iş rejimində , 2  növbəli işləyir.

2019-2020-ci  tədris ili  üzrə təhsil ocağı IX sinif şagirdlərinin buraxılış imtahanı nəticələrinə  görə  BŞTİ- yə tabe olan tam orta məktəblər üzrə  reytinq sıralamasında  6-cı, Xətai rayonu üzrə tam orta məktəblər sırasında  isə 1-ci yerdədir.

2019-2020-ci  tədris ilində məktəbin XI sinfini bitirən 132 məzunlardan 98-i Azərbaycanın ən mötəbər ali təhsil ocaqlarına və ölkəmizin hüdudlarından kənarda yerləşən təhsil ocaqlarına qəbul olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi