Kiçik akademiya.
18.02.2021-ci il tarixində 27 nömrəli tam orta məktəbdə «Kiçik Akademiya» nın ilk iclası keçirildi.Yaradıcılıq və elmi tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyi olan «Kiçik akademiya haqqında əsasnamə» ilə məktəbin rəhbəri Könül Həsənova iclasın iştiraçkılarını və akademiyanın üzvlərini tanış etdi. Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparılmasının vacibliyini vurğuladı.Kiçik akademiyanın əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilərək iş planlarının təqdim olunması müzakirə edildi. Akademiya çərçivəsində şagirdlərin müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparacaqları, məruzə ,tezis , referat, hesabatlar hazırlamaları , həm fərdi, həm də kollektiv şəkildə həmin işləri yerinə yetirə biləcəkləri iştirakçıların diqqətinə çatdırıldı. 2020-2021-ci tədris ilində müxtəlif layihələrdə respublika və beynəlxalq müsabiqələrdə iştirak etmiş məktəbin şagirdləri çıxış edərək öz layihələrini təqdim etdilər.