"Müstəqilliyim varlığım mənim"

     28 may Respublika Günü münasibəti ilə Xətai rayonu R.Məmmədov adına 269 saylı tam  orta məktəbdə tədbirlər təşkil olundu. Bu gün münasibəti ilə məktəbin IV sinifləri “Müstəqilliyim varlığım mənim” adlı 28 May - Respublika gününə həsr edilmiş tədbir təşkil etdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər.   Məktəblilərin hazırladığı tədbirdə müasir və müstəqil azərbaycançılıq ideyaları nümayiş edildi və vətənpərvərlik nümunələri göstərildi. O cümlədən, şagirdlər Azərbaycan Xalq Cumhuriyyətinin 107-ci  ildönümü ilə bağlı geniş məlumatlar verdilər,hazırladıqları rəqs səhnələrini tədbir iştirakçılarına təqdim etdilər,  azərbaycan, rus və ingilis dillərində şeirlər, müstəqilliyimizə həsr edilmiş şüarlar nümayiş etdirdilər. Tədbirin sonunda məktəbin direktoru Aygün Əzizova  28 May – Respublika günü münasibətilə müəllim və şagirdləri təbrik etdi, tədbir üçün sinif müəllimi və valideynlərə təşəkkürünü bildirdi. Natiq çıxışında yüksələn Azərbaycan bayrağının Ulu Öndər Heydər Əliyevin siyasi ideologiyasının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha da qürurla işğaldan azad edilən torpaqlarımızda dalğalandığını bildirdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi