“Ana dili milli varlığımızın aynasıdır”

     Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar olaraq məktəbin akt zalında 2A və 2B sinfinin təşkil etdiyi “Ana dili milli varlığımızın aynasıdır” adlı nümunəvi tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı. Tədbiri giriş sözü ilə  başlayan məktəbin rəhbərliyi Aygün xanım Əzizova tədbir iştirakçılarını salamlayaraq bu gün münasibəti ilə hər kəsi təbrik etdi və ana dilimizin tarixi, zənginliyi barədə şagirdlərimizə məlumat verdi.  Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Beynelxalq Ana Dili Günü haqqında şagirdlərə məlumat verərərk, ana dilmizi hər zaman qorumağın vacibliyini onların diqqətinə çatdırdılar. Və bildirdilər ki, bu dil bizim ruhumuzun hər hissinin, həm sevincinin, həm də kədərinin tərcümanıdır. Daha sonra tədbir  Ana dili gününə həsr olunmuş videoçarx və şagirlərimizin ana dili ilə bağlı şeir və nəğmələri ilə davam etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi