Məktəb kitabxanasında Cəlil Məmmədquluzadə ilə bağlı tədbir

   R.Məmmədov adına 269 saylı tam orta məktəbin kitabxanasında məktəbin kitabxana müdiri Paşayeva Leyla və kitabxanaçı İsayeva Jalənin təşkilatçılığı ilə Azərbaycanın görkəmli yazıçısı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə ilə bağlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Aygün xanım Əzizova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Budaqova Kəmalə, musiqi müəllimi Hüseyonova Aygün   və  V, VI, VII sinif şagirdləri iştirak etdilər. Tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi, yeni tipli ictimai satiranın yaradıcısı  Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə haqqında Leyla xanım tədbir iştirakçılarına məlumat verdi.  Daha sonra  onun “Poçt qutusu”, “Danabaş kəndinin məktəbi”, “Ölülər” kimi əsərləri Azərbaycan ədəbiyyatının şah əsərləri arasında yer aldığını qeyd etdilər və həmin əsərləri sevə-sevə oxuduqlarını bildilər. Tədbir zamanı həmçinin  Cəlil Məmmədquluzadənin əsəsrlərinə çəkilmiş filmlərdən qısa fraqmentlər tədbir iştirakçıları tərəfindən maraqla izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi