Peşə Məktəbinə Ekskursiya təşkil olunub

Fevral ayının 13-də peşəyönümü xidmətin təşkili üzrə fəaliyyət planına əsasən məktəbin bir qrup IX sinif şagirdləri, məktəbin UBTR-i İlhamə Əsədova ilə birlikdə Turizm və Sosial Xidmətlər Üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ekskursiyada olublar. Ekskursiyanın məqsədi insan həyatında düzgün peşə seçiminin əhəmiyyəti haqqında şagirdlərdə təsəvvür yaratmaq və onlarda müxtəlif növ peşələrə maraq oyatmaqdan ibarətdir. Mərkəzdə şagirdlərə məktəbin ixtisasları və fəaliyyəti barədə geniş məlumat verib. Şagirdlər qrim emalatxanasında, səsyazma otağında, bərbər, zərgər, videoçəkiliş üzrə, floristika-gül dizayneri, interyer və ekzelyer bədii tərtibatçılıq otaqlarında olublar. Yeni açılan veb-dizayner və proqram tərtibatçısı, media və audiovizual texnologiya istehsalçısı peşələri barədə də məlumat alıblar. Bu cür ekskursiyaların təşkili peşə ixtisas təhsili sahəsində, peşə hazırlığının səmərililiyinin artırılmasında böyük rol oynayır. Düzgün peşə seçimi uğurlu gələcəkdir.