ÇÖRƏK ZAVODUNA EKSKURSİYA

  Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə məktəbin ibtidai sinif müəllimi Braqina Marinanın təşəbbüsü və təşkilatçlığı ilə rəhbərlik etdiyi 3 "D" sinif şagirdlərinin 1 nömrəli çörək zavoduna ekskursiyası təşkil olunub. Şagirdlər zavodun əməkdaşlarının əl əməyi, məhsulu hazırlayan aparatların idarə olunması sistemi, çörəyin bişirilmə texnologiyası ilə əyani olaraq tanış olub, hazırlanan çörək və çörək-bulka məmulatları nümunələrinə baxıblar. Çörəyin hazırlanması prosesi şagirdlər tərəfindən maraqla izlənilib. Sonda şagirdlərə zavodda istehsal olunan bulka məmulatları hədiyyə ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi