3 A sinif şagirdlərinin məktəb kitabxanası ilə tanışlığı

Gənc nəslin ağıllı, milli-mənəvi dəyərlərə bağlı olaraq formalaşmasında kitablar böyük rol oynayır. Oxucuların müasir tipli uşaq kitabxanalarına gələrək mütaliə etməsi, asudə vaxtlarını orada keçirməklə, lazımı informasiya tələbatına malik olması ən vacib, aktual məsələdir. Uşaqlarda mütaliə vərdişlərinin erkən yaşlarda aşılanması vacib amillərdən biridir. Çünki çox mütaliə edən uşaqların intellekti daha sürətlə inkişaf edir. Uşaqlara mütaliə etmək vərdişlərini aşılamaq, kitabxana qaydalarına yiyələnmək və kitabxanadan özlərinin sərbəst istifadə etməsi məqsədilə məktəbin ibtidai sinif müəllimi Xalidə Hüseynovanın rəhbərliyi ilə "3a" sinif şagirdlərinin kitabxana ilə tanışlığı baş tutmuşdur. Şagirdlərin kitabxana ilə tanışlığında əsas məqsəd uşaqlarda mütaliə vərdişlərini formalaşdırmaq, onların kitaba olan sevgisini bir daha artırmaqdır. Kitabxanada təşkil olunmuş məşğələ zamanı Xalidə Hüseynova şagirdlərə kitab, onun yaranması, kitabların rəflərdə düzülüşü, kitabı axtarma metodları, kitabxanada oxucunun özünün necə aparması qaydaları barədə geniş məlumat verdi. Bundan başqa kitabxanaçı şagirdləri uşaq ədəbiyyatı nümunələri ilə tanış etdi. Sonda şagirdlər kitabxanada xatirə şəkili çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi