Şekspir yaradıcılığı

1 noyabr 2022-ci il tarixində məktəbin 10 Ç sinif şaagirdləri dahi ingilis şairi və dramaturqu Uilyam Şekspirin yaradıcılığından bəhs edən nümunəvi dərs keçirdilər. Müəllim Rəsulova Gülnazın təşkilatçılığı ilə keçən dərsdə məqsəd şagirdlərə Şekspirin həyatı və yaradıcılığı  haqqında məlumat vermək, dərsin mövzusu ilə bağlı olaraq şagirdlərdə oxu, yazı, dinləmək, danışmaq bacarıqlarını nümayiş etdirməkdən ibarətdir. Müəllim əvvəlcə şagirdləri üç qrupa, "Otello", "Hamlet" və "Romeo və Cülyetta" adlı qruplara böldü.   Hər üç qrupun şagirdləri onlara ünvanlanan Şekspirin dövrü, həyatı, əsərləri haqqında sualları  məharətlə cavablandırdılar.  İkinci tapşırıq  tədqiqata aid idi.   Şagirdlərə bu əsərlər  haqqında müxtəlif araşdırma sualları verilir, onların bilik və bacarıqları müəyyənləşdirilirdi. Sonra qruplara sərbəst,  müstəqil və düzgün qərar qəbul etmək üçün  Şekspirin əsərlərindəki qəhrəmanlar haqqında araşdırma sualları verildi. Qruplar öz işlərini təqdim etdikdən sonra cavablar yoxlanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi