Elm və Təhsil nazirinin müvafiq əmri ilə məktəbimizdə idman həftəsi

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar Elm və Təhsil nazirinin müvafiq əmri ilə məktəbimizdə idman həftəsi keçirilir.

Layihə çərçivəsində tərtib edilmiş proqrama əsasən idman nəaliyyətləri olan şagirdlərlə görüş keçirilmişdir. Görüş zamanı idmançılarımız müxtəlif idman hərəkətləri nümayiş etdirmişdir.

Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi