Bədən Tərbiyəsi günü münasibətilə futbol yarışması keçirildi

5 mart Bədən Tərbiyəsi günü münasibətilə məktəb-liseyin fiziki tərbiyə müəllimi Aslanov Rauf 8-ci siniflər arasında futbol yarışması təşkil etmişdir. Yarışı dövlət himni ilə açıq elan etdikdən sonra Azərbaycan və rus bölməsinin şagirdləri arasında futbol oyununa start verilmişdi. Dostluq şəraitində keçən oyundan sonra şagirdlər çay süfrəsində əyləşdilər. Müəllim şagirdlərə İdmanın önəmini vurğulamış, onlara 2-ci Qarabağ müharibəsi zamanı məhz sağlam gənclər, fiziki hazırlıqlı əsgərlərimiz sayəsində qalib gəldiyimizi xatırlatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi