Məktəb-liseydə açıq dərs

O1.03.24 -cü il tarixində 267 nömrəli məktəb-liseyin 6c sinfində açıq dərs keçirildi. Şagirdlər "Sinifdənxaric oxu" bölməsi üçün L.Tolstoyun "İnsan nə ilə yaşayır" əsərini seçmiş, məzmununu mənimsəmişdilər.

Dərsdə,ilk növbədə, əsərdəki hadisələrin ardıcıllığı həm danışma, həm də səhnəcik formasında təqdim olundu. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məleykə Balaxanova ilə birlikdə şagirdlər əsəri təhlil etdilər, əsas qəhrəmanlardan olan Mələyin "İnsan sevgi ilə yaşayır" sözlərinə münasibət bildirdilər.

Sonda müəllim şagirdlərin diqqətini son dövrdə azyaşlı uşaqlar arasında müşahidə edilən xoşagəlməz hadisələrə yönəltdi. Şagirdlərə öz həmyaşıdlarına qarşı nəzakətli, anlaşıqlı olmağın, insanları sevib dəyərləndirməyin vacibliyindən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi