1 mart Ümumdünya Mülki Müdafiə Günü

1 mart Ümumdünya Mülki Müdafiə Günü

Martın 1-i Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məktəbin Hərbi Rəhbəri Rzayev Elbrus və həkimi Adilova Sevda “Mülki müdafiə sahəsində innovativ texnologiyalar” mövzusunda tədbir keçirdilər.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı davranış qaydalarını öyrətməkdən ibarət oldu.

Şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zamanı davranış qaydaları haqqında məlumat verilib. Onlara əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi