Biz birlikdə güclüyük...

Biz birlikdə güclüyük...

“Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi” layihəsi çərçivəsində nümunəvi dərslər keçirildi.

Bakı şəhəri 144 nömrəli tam orta məktəbdə keçirilən nümunəvi dərslərin əsas məqsədi kurasiyaya daxil olan məktəblər arasında idarəetmənin optimallaşdırılması, effektiv kommunikasiyanın yaradılması, birgə əməkdaşlığın təmin olunması ilə 45 dəqiqəlik dərsin ən yaxşı formada təşkilindən ibarətdir.

Layihədə 267 nömrəli məktəb-liseyin müəllimləri də iştirak edərək ingilis dili fənni üzrə Əhmədova Nərgiz, kimya fənni üzrə Orucova Nərmin nümunəvi dərs nümayiş etdirdilər.

Üç hissədən ibarət görüşdə BŞTİ-nin monitorinq nəticələrinin təhlili və dərsdinləmənin aparılması qaydaları barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi