Növbəti pedaqoji şura keçirildi

     02 fevral 2024-cü il tarixdə növbəti pedaqoji şura keçirildi. Məktəbin direktoru İradə Hüseynova təhsilalanların təhlükəsizliyinin təmin edilməsi, məktəbdə mənəvi-psixoloji mühitin formalaşdırılması barədə məruzə etdi. İradə Hüseynova məlumat verib bildirdi ki, müəssisədə təhlükəsizliklə bağlı təlimatların səmərəsiz icra olunması, laqeyd yanaşmalar, təhsil mühitinin vaxtında təhlil edilməməsi və s. təhsil mühitinə mənfi təsir edir, neqativ halların yaranması ehtimallarını artırır. Həm təhsilalanların həm də təhsilverənlərin fiziki psixoloji və sosial təhlükəsizliyinin təmin edilməsi fəaliyyətimizin əsas tərkib hissəsidir. İradə Hüseynova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun 30.01.2024-cü il tarixli məktubunun mətni ilə pedoqoji heyəti tanış etdi. Müəssisənin, təhsilalanlatın təhlükəsizliyinin məktəbdə psixoloji xidmətin təşkilinin, valideynlərlə maarifləndirmə işinin və onlarla əməkdaşlığın, müəllimlər tərəfindən etik davranış qaydalarına riayət olunmasının və s.real vəziyyəti geniş müzakirə olundu.

Sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Həsən Rzayev təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verdi. Həmin şagirdlərin valideynləri ilə nəzərdə tutulan işlərin daha səmərəli təşkil ediləcəyini bildirdi. Məktəbdə psixoloji xidmətin təkmilləşdirilməsinin vacib olduğunu bildirdi. Daha sonra uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi məktəb növbətçiliyinin səmərəli təşkili üçün tədbirlər planının hazırlandığını bildirdi.

     Pedoqoji şurada müzakirə edilən məsələlərin həlli istiqamətində müvafiq qərarlar qəbul edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi