Zəfər bayramı-Azərbaycan xalqının qürür mənbəyi!

     8 Noyabr Zəfər Günü mövzusunda məktəbin tarix və riyaziyyat metodbirləşmə sədrlərinin təşkilatçılığı ilə"Zəfər bayramı Azərbaycan xalqının qürur mənbəyidir"mövzusunda "Dəyirmi masa" təşkil edildi.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Asəf Vəliyev çıxış edərək 8 Noyabr"Zəfər Günü"ilə bağlı Azərbaycan xalqının əldə etdiyi bu qələbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin,Şanlı Azərbaycan Ordusunun və xalqın bir yumruq kimi birliyindən danışdı.Daha sonra çıxış edən hər bir müəllim 44 günlük müharibənin möhtəşəm qələbə ilə başa çatmasından və bu qələbədən qürur duyduqlarından ürəkdolusu söz açdılar.Sonda məktəbin direktoru İradə Hüseynova çıxış edərək 8 noyabr Zəfər Gününün əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətini xüsusi vurğuladı və Azərbaycan xalqının timsalında məktəb kollektivini bu möhtəşəm qələbə münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi