IV siniflərdə monitorinq təşkil olunub

Mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, mayın 18-də isə VI sinifləri üzrə monitorinq təşkil olunacaq.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılır.
Monitorinq prosesi IV siniflərə tədris dili üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual, VI siniflərdə tədris dili və təbiət fənləri üzrə hər birindən 25 qapalı sual, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunur.
Monitorinqə 264 nömrəli məktəb-liseyin direktoru Mehriban xanım Mustafayeva və 191 nömrəli məktəbin direktoru Leyla xanım Məcidova rəhbərlik etdilər.
Monitorinq tam şəffaf keçirildi.
#264nömrəliməktəblisey #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Monitorinq